"Fənərbaxça"da prezident seçkiləri: Maldini dəstək üçün İstanbulda
06.06.2026 - 17:16
"Fənərbaxça"da prezident seçkiləri: Maldini dəstək üçün İstanbulda

"Fənərbaxça"da prezident seçkiləri bu gün etibarilə start götürüb. 

Apasport.az xəbər verir ki, bu gün klub üzvlərinin iştirakı ilə seçki prosesinin ilk mərhələsi keçirilir.

Prezidentliyə namizədlər Aziz Yıldırım və Hakan Safi proqramlarını açıqlayıb, üzvlərin suallarını cavablandırırlar.

Klubun yeni prezidentinin adına isə sabah aydınlıq gələcək. Səsvermə iyunun 7-də keçiriləcək və qalib həmin günün sonunda müəyyənləşəcək.

Seçki kampaniyasına Hakan Safinin dostu, sabiq italyan futbolçu Paolo Maldini də gəlib.

Daha əvvəl Hakan Safi prezident seçiləcəyi təqdirdə, Maldininin "Fənərbaxça"da futbol təmsilçisi olacağını açıqlamışdı.