“Fənərbaxça”nın hücumçusu Premyer Liqaya keçdi – 24,5 milyon avroya
19.08.2026 - 16:48
İngiltərənin “Koventri” klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Türkiyənin “Fənərbaxça” klubundan Sidiki Şerifi heyətinə qatıb.
19 yaşlı hücumçunun transfer məbləğinin 24,5 milyon avro olduğu bildirilir.
İngiltərə mətbuatında Şerifin “Koventri” ilə 5 illik müqavilə barədə razılığa gəldiyi qeyd olunur.
Qeyd edək ki, “Fənərbaxça” Şerifi 2026-cı ilin fevralında Fransanın “Anje” klubundan icarə və məcburi satınalma şərti ilə heyətinə qatmışdı.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0