"Fənərbaxça"ya növbəti təklif: Əvvəl Premyer Liqa klubu, indi isə İtaliya nəhəngi
15.01.2026 - 12:09
"Fənərbaxça"ya növbəti təklif: Əvvəl Premyer Liqa klubu, indi isə İtaliya nəhəngi

“Napoli” “Fənərbaxça”nın futbolçusu Yussuf En Nesirini transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, İtaliya klubu mərakeşli hücumçu üçün İstanbul təmsilçisinə rəsmi təklif göndərib. Bu barədə “TRT Spor” məlmat yayıb.

“Fənərbaxça” oyunçunu satmağa razıdır. En Nesiri isə hələ qərarını verməyib.

Xatırladaq ki, bundan əvvəl Premyet Liqa təmsilçisi "Everton" da "sarı-lacivərdlilər"ə təklif göndərmişdi. 

Forvard bu mövsüm 25 oyunda 8 qol vurub.