“Fənər”də ciddi itki
07.03.2025 - 01:29
“Fənər”də ciddi itki

"Fənərbaxça" ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb.

Futbolçu UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində İstanbul təmsilçisinin "Reyncers"lə qarşılaşdığı matçda zədələnib.

Türkiyə millisinin üzvü oyuna davam edə bilməyib və 16-cı dəqiqədə yerini Aleksandr Cikuya buraxıb.

Qeyd edək ki, görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.