“Fənər”in maraqlandığı futbolçu Almaniya yolunda
24.01.2025 - 23:54
İtaliya A Seriyası komandalarından “Milan”ın müdafiəçisi Straxinya Pavloviç karyerasını Almaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə “Ştutqart” yaxından maraqlanır.
Bundesliqa təmsilçisi oyunçunu 16 milyon avroya transfer etmək niyyətindədir.
Xatırladaq ki, Pavloviçlə Türkiyənin “Fənərbaxça” klubu da yaxından maraqlanırdı.
Qeyd edək ki, 23 yaşlı serbiyalı bu mövsüm 15 rəsmi matçda 1 qolla yadda qalıb.
- De Yonqdan “Sabah”la oyun öncəsi etiraf: “Yorğunluq var”
- “Mançester Yunayted”ə şad xəbər: Futbolçunun cəzası ləğv edildi
- Kuareşmanın oğlu atasının yolu ilə gedir: “Sportinq”lə müqavilə
- “İnter”ə Hakan Çalhanoğludan pis xəbər – 3 həftəlik itki
- Afrika çempionu dəyişdi: CAS Seneqalın xeyrinə qərar verdi
0
0