Fernandes “Mançester Yunayted”i tərk edə bilər
14.01.2026 - 13:13
Portuqaliyalı futbolçu Bruno Fernandes yayda “Mançester Yunayted”i tərk edə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi karyerasında yeni səhifə açmaq niyyətindədir.
Fernandes 2020-ci ildən “Mançester Yunayted”də çıxış edir. O, 310 oyunda 103 qol vurub, 95 məhsuldar ötürmə edib.
Portuqaliyalının klubla müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
0
0