“Feyenoord”dan qırılması mümkünsüz ANTİREKORD
30.01.2025 - 19:56
“Feyenoord”dan qırılması mümkünsüz ANTİREKORD

Dünən UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunun oyunları keçirilib.

Apasport.az xəbər verir ki, məhsuldar keçən qarşılaşmalardan biri olan “Feyenoord” – “Lill” matçında turnir tarixində bir ilk yaşanıb.

Belə ki, “Feyenoord” Çempionlar Liqası tarixində bir matçda üç avtoqol vuran ilk komanda, Gernot Trauner isə öz qapısına 2 dəfə yol tapan ilk oyunçu olub.

Qeyd edək ki, görüş “Lill”in 6:1 hesablı qələbəsi ilə nəticələnib.

0