“Feyenoord”u “Marsel”ə dəyişdi - RƏSMİ
24.01.2026 - 09:20
"Marsel" yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Feyenoord"dan Kvinten Timberi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransa təmsilçisi niderlandlı futbolçu üçün Niderland klubuna 4,5 milyon avro ödəyib. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Feyenoord" Kvinten Timberi 2022-ci ilin yayında "Utrext"dən transfer etmişdi. Niderland millisinin üzvü bu mövsüm Rotterdam təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0