FIFA-dan klublara böyük ödəniş: 355 milyon dollar
09.06.2026 - 00:31
FIFA-dan klublara böyük ödəniş: 355 milyon dollar

FIFA 2026-cı il dünya çempionatı ilə bağlı klublara ediləcək ödənişin məbləğini açıqlayıb.

Apasport.az xəbər verir ki, ali futbol qurumu mundiala və seçmə mərhələ oyunlarına futbolçu göndərən klublara ümumilikdə 355 milyon dollar ödəyəcək.

Bu məbləğ FIFA-nın Klublara Yardım Proqramı çərçivəsində ayrılacaq. Ödənişlər futbolçuların milli komandaların düşərgəsində olduğu müddətə əsasən hesablanacaq.

Məlumata görə, klublara hər futbolçu üçün gündəlik təxminən 5 min dollar ödəniləcək.

Beləliklə, dünya çempionatında və seçmə mərhələdə iştirak edən futbolçuların klubları da FIFA-dan maliyyə dəstəyi alacaq.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada keçiriləcək.