“Fiorentina”nın prezidenti vəfat edib
17.01.2026 - 13:24
“Fiorentina”nın prezidenti vəfat edib

İtaliya A Seriyası təmsilçisi "Fiorentina"nın prezidenti Rokko Kommiso 76 yaşında vəfat edib.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rəsmi şəxsin uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilir. Sabiq rəhbərin xatirəsini əbədiləşdirmək üçün komandanın "Viola Park" təlim mərkəzinə Kommisonun adı veriləcək.

Qeyd edək ki, Rokko Kommiso 2019-cu ildən "Fiorentina"ya rəhbərlik edirdi.