Foden Messini keçdi
02.10.2022 - 23:34
“Mançester Siti”nin futbolçusu Fil Foden Lionel Messinin rekordunu arxada qoyub.
Apasport.az saytının məlumatına görə, ingiltərəli yarımmüdafiəçi Pep Qvardiolanın rəhbərliyi altında 50 qol vuran ən gənc oyunçudur.
O, “Mançester Yunayted”lə qarşılaşmada 100-ü yarılayıb. Het-trikə imza atan Fil 22 yaş 127 günlüyündə 50-ni keçib.
Messi Qvardiolanın rəhbərliyi altında 50-ci qolunu daha gec vurub. Argentinalı 22 yaş 164 günlüyündə buna nail olub.
Qeyd edək ki, 6:3 hesablı qələbəyə üç topla töhfə verən Foden hesabındakı qol sayını 51-ə çatdırıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0