Fransa millisinin üzvü “Yunayted” yolunda
06.12.2025 - 12:27
“Kristal Pelas”ın hücumçusu Jan-Filipp Mateta Premyer Liqada klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, fransalı forvardla “Mançester Yunayted” yaxından maraqlanır.
İngiltərə mətbuatının məlumatına görə, 28 yaşlı futbolçunun klubu onu transfer etmək istəyən komandalardan 40 milyon funt-sterlinq tələb edir.
Qeyd edək ki, “Kristal Pelas” Jan-Filipp Matetanı 2021-ci ildə “Maynts”dan transfer edib. Fransa millisinin üzvü bu mövsüm London təmsilçisinin heyətində 23 rəsmi matçda 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0