Fransa millisinin üzvü “Yuventus”da - rəsmi
23.01.2025 - 20:58
Fransa millisi və PSJ-nin üzvü Randal Kolo Muani karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az xəbər verir ki, futbolçu "Yuventus" klubuna icarəyə verilib.
Tərəflər arasındakı müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.
Bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Muani 2023-cü ildə PSJ-yə "Ayntraxt"dan 95 milyon avroya transfer olunub.
Qeyd esək ki, Muani Fransa təmsilçisinin heyətində iştirak etdiyi 54 oyunda 11 qol, 11 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0