AVRO-2024-ün seçmə mərhələsində 9-cu tura yekun vurulub.
Apasport.az xəbər verir ki, daha 3 qrupda ümumilikdə 7 oyun keçirilib.
B qrupunda Niderland evdə İrlandiyanı məğlub etdiyi üçün final mərhələsinə yüksəlib. Fransa isə Cəbəllütariqi 14 cavabsız qolla darmadağın edib.
D qrupundakı matçlardan sonra ikinci vəsiqənin sahibinə sonuncu turda aydınlıq gələcək.
I qrupunda isə Rumıniya İsraili məğlub edib, beləliklə, digər qarşılaşmaların nəticəsindən asılı olmayaraq, Rumıniya və İsveçrə Almaniyada keçiriləcək Avropa Çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, Fransa və Türkiyə final mərhələsinə vəsiqəni öncədən təmin ediblər.
AVRO-2024, seçmə mərhələ
18 noyabr
B qrupu
Fransa – Cəbəllütariq 14:0
Niderland – İrlandiya 1:0
Xal durumu: Fransa – 21, Niderland – 15, Yunanıstan – 12, İrlandiya – 6, Cəbəllütariq – 0.
D qrupu
Ermənistan – Uels 1:1
Latviya – Xorvatiya 0:2
Xal durumu: Türkiyə -16, Xorvatiya – 13, Uels – 11, Ermənistan – 8, Latviya – 3.
İ qrupu
Belarus – Andorra 1:0
İsrail – Rumıniya 1:2
İsveçrə - Kosovo 1:1
Xal durumu: Rumıniya – 19, İsveçrə - 17, İsrail – 12, Kosovo – 11, Belarus – 9, Andorra - 2.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA