Haalanddan növbəti uğur - Premyer Liqada liderdir
16.03.2025 - 11:19
Haalanddan növbəti uğur - Premyer Liqada liderdir

Premyer Liqanın 29-cu turunda "Mançester Siti" doğma meydanda "Brayton"u (2:2) qəbul edib.

Apasport.az xəbər verir ki, matçın 10-cu dəqiqəsində Ömər Marmuş cərimə meydançasında yerə yıxılaraq komandasına penalti qazandırıb. 

Erlinq Haaland məsuliyyəti öz üzərinə götürərək penaltini qola çevirib. Beləliklə o, matçın ilk qolunu vuraraq növbəti dəfə tarixi uğura imza atıb.

Belə ki, "Brayton" matçındakı qolu ilə ulduz oyunçu Premyer Liqa tarixində daha az matçda 100 qol töhfəsinə çatan ilk oyunçu olub. Haaland Premyer Liqada 94 oyunda 84 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Bundan əvvəl Alan Şirer 100 matçda, Erik Kantona və Məhəmməd Salah 116 matçda, Serxio Aguero isə 118 matçda bunu bacarıb. 

Qeyd edək ki, Haaland bu mövsüm Premyer Liqada 27 oyunda 21 qol vuraraq, qol sayını 28-ə çatdırıb.