“Fənərbaxça”nın keçmiş idarəçilərindən olan Hakan Safi klubun növbədənkənar seçkili ümumi qurultayında prezidentliyə namizəd olduğunu açıqlayıb.
Apasport.az xəbər verir ki, Safi bu barədə yerli mətbuata açıqlama verib.
O, prezidentliyə namizədliyini rəsmi şəkildə elan etdiyini vurğulayıb.
Namizəd bildirib ki, məqsədi bütün "Fənərbaxça" ailəsini əhatə edən və birləşdirən idarəçilik modeli qurmaqdır. Safi qeyd edib ki, klubun yalnız idman təşkilatı deyil, milyonların qəlbində yaşayan böyük bir dəyər olduğunu nəzərə alaraq fəaliyyət göstərəcək.
O əlavə edib ki, əsas hədəfi ilk mövsümdəcə komandanı çempionluğa qovuşdurmaqdır. Safi həmçinin azarkeşlərin dəstəyi ilə klubun daha güclü və uğurlu gələcəyə daşınacağına inandığını bildirib.
Qeyd edək ki, “Fənərbaxça”da prezident seçkilərinin 6–7 iyun tarixlərində keçirilməsi planlaşdırılır.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə