İnfantino açıqladı: Dünya çempionatında ilk olacaq
06.03.2025 - 00:26

Futbol üzrə dünya çempionatlarında ilk yaşanacaq.
Apasport.az xəbər verir ki, bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.
O bildirib ki, DÇ-2026-nın final oyununun fasiləsində musiqiçilərin iştirakı ilə şou keçiriləcək:
“Tarixdə ilk dəfə dünya çempionatının final oyununun fasiləsində şou olacağını təsdiqləyirəm. Bu, mundiallar üçün tarixi an və dünyanın ən böyük idman hadisəsinə layiq şou olacaq”.
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada keçiriləcək mundialın finalı Nyu-Cersidə baş tutacaq.
0
0