“İnter Mayami” kubok qazanıb
07.12.2025 - 09:17
“İnter Mayami” kubok qazanıb

Lionel Messinin formasını geyindiyi "İnter Mayami” MLS Kubokunu qazanıb.

Apasport.az xəbər verir ki, sözügedən komanda həlledici görüşdə “Vankuver”lə qarşılaşıb. Matç “İnter Mayami”nin qələbəsiylə başa çatıb – 3:1.

“İnter Mayami”nin qollarını Okampo (avtoqol), Rodriqo De Paul və Tadeo Allende vurub. Messi bu görüşdə iki məhsuldar ötürmə edib. “Vankuver”də isə Ali Ahmed fərqlənib.