“İnter”də ayrılıq: “Latsio” yolunda
13.08.2026 - 20:25
“Latsio” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, Roma təmsilçisi “İnter”in yarımmüdafiəçisi Davide Frattesini transfer edəcək.
Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
“Latsio” italiyalı futbolçunu bir mövsümlük icarəyə götürəcək. Razılaşmaya 14 milyon avro məbləğində satınalma bəndi də daxil edilib.
Qeyd edək ki, Davide Frattesi 2023-cü ilin yayından “İnter”in formasını geyinir. O, Milan klubunun heyətində keçirdiyi 122 matçda 15 qol vurub və 12 məhsuldar ötürmə edib.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0