İstanbul derbisi bu kanalda
10.01.2026 - 10:32
İstanbul derbisi bu kanalda

Bu gün dünyanın idman arenalarında bir sıra oyunlar keçiriləcək.

Apasport.az xəbər verir ki, "Qalatasaray" və "Fənərbaxça" arasında keçiriləcək Türkiyə Superkubokunun finalı Azad Azərbaycan (ATV) və SportTV kanallarında canlı yayımlanacaq.

Bu gün keçiriləcək görüşdə komandalar təkcə qələbə deyil, turnir tarixində önəmli yer tutacaq nəticə uğrunda mübarizə aparacaqlar.

İllərdir davam edən böyük rəqabət yenidən futbolsevərlərin diqqət mərkəzində olacaq. Derbi matçı futbol azarkeşləri üçün böyük maraq doğurur.

"TVNET" platformasında azarkeşlərə təqdim olunacaq qarşılaşma yanvarın 10-da, Bakı vaxtı ilə saat 19:45 başlayacaq.

Qarşılaşmaları canlı yayımlayacaq telekanalların siyahısını təqdim edirik:

10 yanvar

İspaniya, La Liqa
17:00 Ovyedo – Betis (Futbol 2)
19:15 Vilyarreal – Alaves (Futbol 2)
21:30 Jirona – Osasuna (Futbol 2)
00:00 Valensiya – Elçe (Futbol 2)

İtaliya, A Seriyası
18:00 Komo – Bolonya (Futbol 1, Matç TV)
18:00 Udineze – Piza (Futbol 3)
21:00 Roma – Sassuolo (Futbol 1, Matç TV)
23:45 Atalanta – Torino (Futbol 1, Matç TV)

Türkiyə, superkubok
21:30 Qalatasaray – Fənərbaxça (ATV – Türkiyə)