İtaliya polisindən iki kluba mövsümlük cəza
21.01.2026 - 12:52
İtaliyanın Daxili İşlər Nazirliyi “Roma” və “Fiorentina” klubunu cəzalandırıb.
Apasport.az xəbər verir ki, qurum yanvarın 18-də komandaların azarkeşlərinin Bolonya yaxınlığında bir-biri ilə mübahisə etməsi və ixtişaş yaratması səbəbindən klubların fanatlarına səfər oyununa getməklə bağlı qadağa qoyub.
İtaliya A Seriyası rəhbərliyi qərarı dəstəkləyib.
Çempionatda mövsümün sonuna kimi “Roma” və “Fiorentina” azarkeşləri səfər matçlarında komandalarını dəstəkləyə bilməyəcək.
0
0