Joao Pedrodan het-trik - "Çelsi" 10 qollu oyunda qalib gəldi
28.07.2026 - 15:47
Joao Pedrodan het-trik - "Çelsi" 10 qollu oyunda qalib gəldi

"Çelsi" Avstraliyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoxlama görüşündə "Vestern Sidney Uonderers"i məğlub edib.

Apasport.az xəbər verir ki, London təmsilçisi rəqibini 6:4 hesabı ilə üstələyib.

"Çelsi"nin heyətində Arda Satpayev (6), Darriu Essuqu (38), Ceymi Baynou-Gittens (66) və Joao Pedro (80, 85, 89) fərqləniblər. Ev sahiblərinin qollarını isə Pantazopulos (14), Hammond (32), Skiçluna (62) və Lual (78) vurublar.

Qeyd edək ki, "Çelsi" növbəti yoxlama oyununu avqustun 1-də "Tottenhem"ə qarşı keçirəcək. Qarşılaşma Avstraliyanın Sidney şəhərindəki "Accor Stadium"da baş tutacaq.