Joze Mourinyo: “Məğlubiyyətə layiq idik”
07.03.2025 - 00:36
Joze Mourinyo: “Məğlubiyyətə layiq idik”

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo UEFA Avropa Liqasında "Reyncers"ə 3:1 hesabı ilə məğlub olduqları matçdan sonra bir sıra açıqlamalar verib.

Apasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı bir çox epizodların qaçdığını və Fredin yoxluğunu hiss etdiyini dilə gətirib:

"Bu gün məğlubiyyətə layiq idik. Bizim daha çox səhvimiz var idi. Ön tərəfdə çox adi epizodları qaçırdıq. Yarımmüdafiədə Fredin yoxluğunu hiss etdik. Müdafiə xəttində bütün ikili mübarizələri itirdik. Amma tur bitməyib. Hələ şans var".

Baş məşqçi həmçinin azarkeşlərində dəstəyinin yetərincə olmamasından şikayətlənib:

"Azarkeşlərin bu gün komanda kimi olduqlarını düşünürəm. Onlar da oyunçular kimi çox yaxşı çıxış etmədilər. İndi onların stadionuna gedirik və mən "İbroks" stadionunu çox yaxşı tanıyıram və əminəm ki, "Reyncers" orada yetərincə azarkeş dəstəyi alacaq".