Joze Mourinyo reperin klipində
23.09.2022 - 12:27
Joze Mourinyo məşhur reper Stormzinin klipində yer alıb.
Apasport.az saytının məlumatına görə, “Roma”nın portuqaliyalı baş məşqçisi “Mel Made Me Do İt” trekində peyda olub.
Mourinyo barmağını dodaqlarına sıxaraq susmağa işarə edib. Böyük britaniyalı reperin mahnısı mütəxəssisin 8 il əvvəlki məşhur sitatına uyğun gəlir.
2014-cü ildə “Çelsi”ni çalışdıran Mourinyo “Aston Villa”ya məğlubiyyətə (0:1) belə şərh verib: “Əgər danışsam, mənim böyük problemlərim olacaq. Mən susmağa üstünlük verirəm”.
Qeyd edək ki, Mourinyo İngiltərədə “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”də çalışıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0