Kenan Yıldız Ronaldo və Del Pyeroya çatdı
26.01.2026 - 10:41
Kenan Yıldız Ronaldo və Del Pyeroya çatdı

Kenan Yıldız İtaliya A Seriyasında uğurlu çıxışını davam etdirir. 20 yaşlı türk futbolçu "Yuventus"un "Napoli" üzərində 3:0 hesablı qələbə qazandığı oyunda komandasının üçüncü qolunu vurub.

Apasport.az "Opta"ya istinadla xəbər verir ki, Türkiyə millisinin üzvü “Yuventus”un “Napoli”yə qarşı hər iki A Seriya matçında qol vuran beşinci futbolçusu olub.

Daha əvvəl bu göstəriciyə yalnız dörd oyunçu nail olub: Kristiano Ronaldo (2019/20), Alessandro Del Pyero (2000/01), Darko Kovacevic (2000/01) və Fabrizio Ravanelli (1994/95).

Qeyd edək ki, Kenan Yıldız bu mövsüm İtaliya çempionatıda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.