Kloppun meneceri əsəbiləşdi – “Axmaq xəbərlərdən çox narahatam”
08.06.2026 - 20:51
Yurgen Kloppun Səudiyyə Ərəbistanına gedəcəyi ilə bağlı iddialara münasibət bildirilib.
Apasport.az xəbər verir ki, almaniyalı mütəxəssisin meneceri Mark Kosikke “Əl-İttihad” xəbərlərini təkzib edib.
O, yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib:
“Əl-İttihad” iddiaları? Bu cəfəngiyyatlardan, çıxan bütün axmaq xəbərlərdən o qədər narahatam ki... Çox absurddur və heç bir əsası yoxdur”.
Qeyd edək ki, Yurgen Klopp hazırda “Red Bull” futbol şəbəkəsində sistemə daxil olan klubların ümumi futbol strategiyasına nəzarət edir.
0
0