PSJ-nin prezidenti Nasser əl-Xelaifi “Barselona”nın yay transfer pəncərəsindəki fəallığından narahatlığını bildirib.
Apasport.az saytının məlumatına görə, futbol funksioneri İspaniya klubu ilə bağlı maliyyə məsələlərinin araşdırılmasını istəyib.
Onun fikrincə, kataloniyalılar mövsümün əvvəlində transferlər zamanı qanundan kənara çıxıb: “Bu ədalətlidir? Xeyr, ədalətli deyil... Qanunidirmi? Əmin deyiləm. UEFA onlara icazə versə, başqaları da bunu edəcək. Təbii ki, UEFA-nın öz qaydaları var və əminəm ki, onlar bütün bunları nəzərə alacaqlar”.
Qeyd edək ki, “Barselona” bu yay Rafinya, Jül Kunde və Robert Levandovski də daxil olmaqla bir neçə yüksək ödənişli transferlər edib.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı