Koke Madrid derbilərində ən çox oyun keçirən futbolçu olub
09.01.2026 - 11:17
“Atletiko”nun futbolçusu Koke İspaniya Superkubokunda “Real”la matçda start heyətdə meydana çıxıb.
Apasport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi bununla da Madrid derbilərində ən çox oyun keçirən futbolçu adına yiyələnib.
Bundan əvvəlki rekordçu “Real”ın sabiq müdafiəçisi Serxio Ramos idi. İspaniyalı 43 dəfə derbilərdə iştirak edib.
“Atletiko” “Real”a 1:2 hesabıyla uduzub.
0
0