"Komo"nun tələbi bəllidir: 80 MİLYON AVRO
08.06.2026 - 17:21
"Komo"nun tələbi bəllidir: 80 MİLYON AVRO

“Komo”nun futbolçusu Martin Baturina karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Aston Villa” yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Bu barədə Britaniya mətbuatı məlumat yayıb.

İtaliya təmsilçisi onu satmağın əleyhinə deyil. Klub xorvatiyalı futbolçu üçün 80 milyon avro tələb edir.

Qeyd edək ki, Martin ötən mövsüm 29 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.