“Napoli”nin baş məşqçisi Antonio Konte İtaliya çempionatının 20-ci turunun “İnter”ə qarşı keçirilən oyunda (2:2) qırmızı vərəqə aldığı üçün iki oyunluq diskvalifikasiya edilib.
Apasport.az xəbər verir ki, bundan əlavə, mütəxəssis 15 min avro məbləğində cərimələnib.
Görüşün ikinci hissəsində Konte baş hakimə ünvanlanan təhqiramiz ifadələrə görə meydandan kənarlaşdırılıb. Konte tuneldə də hakimləri təhqir etməyə davam edib.
Matç ərzində “İnter” iki dəfə hesabda önə çıxsa da, “Napoli” Skott Maktominayın dublu sayəsində hesabı bərabərləşdirib.
“Napoli” A Seriyasında 20 turdan sonra turnir cədvəlində 3-cü yeri tutur və lider “İnter”dən 4 xal geri qalır. Kontenin komandası növbəti oyununu 14 yanvar tarixində “Parma”ya qarşı keçirəcək.