“Kristal Pelas”ın ulduzu “Barselona”nın transfer siyahısında
19.11.2025 - 17:56
“Kristal Pelas”ın müdafiəçisi Mark Quehi hələ də “Barselona”nın transfer siyahısında yer alır.
Apasport.az xəbər verir ki, Kataloniya klubu ingiltərəli futbolçunun durumunu yaxından izləyir.
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik də 25 yaşlı müdafiəçini 2026-cı il üçün prioritet transfer hədəfi kimi qiymətləndirir.
Quehi cari mövsümdə bütün turnirlərdə 18 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun klubu ilə mövcud müqaviləsinin müddəti gələn yay başa çatacaq.
0
0