İspaniya La Liqasında XII turun növbəti matçları yekunlaşıb.
Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Valensiya” doğma meydanda “Levante” üzərində 1:0 hesablı qələbə qazanıb.
Günün ən böyükhesablı nəticəsi isə “Barselona” – “Atletik Bilbao” duelində qeydə alınıb. Kataloniyalılar rəqibini 4:0 hesabı ilə darmadağın edərək turnir cədvəlində zirvəyə yüksəlib.
Digər qarşılaşmada “Osasuna” öz meydanında “Real Sosyedad”a 1:3 hesabı ilə məğlub olub.
İspaniya La Liqa,
XII tur
“Valensiya” – “Levante” 1:0
“Alaves” – “Selta Viqo” 0:1
“Barselona” – “Atletik Bilbao” 4:0
“Osasuna” – “Real Sosyedad” 1:3