Lempardın planı
02.08.2022 - 23:31
İngiltərənin “Everton” klubu heyətdə təmizləmə aparmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Frenk Lempard güvənmədiyi oyunçularla vidalaşmağı planlaşdırır.
Yarımmüdafiəçi Jan-Filipp Qbamen də onun planına daxil deyil. Bu üzdən İngiltərə klubu futbolçuya müştəri axtarır.
Baş məşqçinin əsas planı İdrissa Qeyeni PSJ-dən transfer etməkdir. Yarımmüdafiə xəttini gücləndirmək istəyən Lempard ona lazım olmayan futbolçuları saxlamağı yersiz hesab edir.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0