
"Barselona"nın hücumçusu Robert Levandovski "Atletiko Madrid"lə oyunda (4:2) sonra mətbuata açıqlama verib.
Apasport.az xəbər verir ki, təcrübəli futbolçu 2:0 geri düşdükləri matçda ilk qolun komanda yoldaşlarını ruhlandırdığını söyləyib:
“Atletiko"nun ikinci qolundan cəmi bir və ya iki dəqiqə sonra qol vurdum – bu, oyunu tamamilə dəyişdi. Çətin anlar yaşadıq, amma bir qol vurduqdan sonra bir-birimizə şansımız olduğunu xatırlatdıq".
Qeyd edək ki, Levandovski Kataloniya nəhənginin matçdakı ilk qolunu 72-ci dəqiqədə vuraraq hesabı 2:1 edib. 6 dəqiqə sonra Ferran Torres hesabı bərabərləşdirib, 92-ci dəqiqədə isə Lamin Yamal üçüncü qolu vuraraq "blaugrana"ya qələbə qazandırıb.