“Lill”in futbolçusu Premyer Liqa yolunda
06.03.2025 - 01:29

"Lill"in forvardı Conatan Deyvid yayda komandanı tərk edə bilər.
Apasport.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, kanadalı hücumçu ilə "Arsenal" yaxından maraqlanır.
"Topçular" David üçün "Lill"ə təzminat da ödəməyəcək. Buna səbəb isə forvardın Fransa klubu ilə müqavilə müddətinin mövsümün sonunda başa çatmasıdır.
Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm "Lill"in heyətində iştirak etdiyi 38 rəsmi matçda 21 qol, 10 assistlə yadda qalıb.
0
0