“Lion”un baş məşqçisinə ağır cəza: 9 ay uzaqlaşdırıldı
06.03.2025 - 02:07
“Lion”un baş məşqçisinə ağır cəza: 9 ay uzaqlaşdırıldı

Daha əvvəl xəbər verdiyimiz kimi, Paulo Fonseka "Brest"lə matçda (2:1) hakimə qarşı etdiyi hərəkətə görə qırmızı vərəqə almışdı.

Apasport.az xəbər verir ki, Fransa Futbol Federasiyası baş məşqçinin cəzasını müəyyənləşdirib.

Təcrübəli çalışdırıcı 9 ay futboldan uzaqlaşdırılıb.

Xatırladaq ki, Fonseka yanvarın 31-dən etibarən "Lion"a rəhbərlik etməyə başlamışdı.

Qeyd edək ki, 51 yaşlı mütəxəssis etdiyi hərəkətin səhv olduğunu bildirmiş və fransalı hakimdən üzr istəmişdi.