"Liverpul"dan gözlənilməz məğlubiyyət
24.01.2026 - 23:29
"Liverpul"dan gözlənilməz məğlubiyyət

İngiltərə Premyer Liqasında XXIII turun bir neçə oyunu başa çatıb.

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Vest Hem" doğma meydanda "Sanderlend"i 3:1 hesabı ilə məğlub edib.

Digər oyunda "Börnli" evdə "Tottenhem"lə 2:2 hesablı heç-heçə edib.

Səfərdə vacib qələbə qazanan "Fulhem", "Brayton"u 2:1 hesabı ilə üstələyib.

Turun maraqla gözlənilən görüşlərindən birində "Mançester Siti" öz meydanında "Vulverhempton"u 2:0 hesabı ilə məğlub edib.

Günün son matçında isə "Bornmut" doğma azarkeşləri önündə "Liverpul"u 3:2 hesabı ilə məğlub edib.