Luis Enrike: "Bu hələ başlanğıcdır"
12.03.2025 - 13:56
Luis Enrike: "Bu hələ başlanğıcdır"

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçlarında "Liverpul"la qarşılaşan PSJ növbəti tura vəsiqə qazanıb. 

Apasport.az xəbər verir ki, cavab oyununda 0:1 qələbə qazanan Paris klubu ümumi hesabı bərabərləşdirərək (1:1) penaltilər seriyasında qələbə qazanıb.

PSJ-nin baş məşqçisi Luis Enrike "Liverpul"la oyunu bu cür şərh edib:

"Bu, sadəcə başlanğıcdır. Biz daha da yaxşı olmaq istəyirik. Rəqimizdən asılı olmayaraq, öz futbolumuzu göstərəcəyik. Mən çox xoşbəxtəm və nə deyəcəyimi belə bilmirəm. Komandamla fəxr edirəm".

Qeyd edək ki, Çempionlar Liqasının 1/4 finalında PSJ "Aston Villa" - "Brügge" görüşünün qalibi ilə qarşılaşacaq. Belçikada baş tutan ilk oyun ingilislərin qələbəsi ilə (3:1) başa çatıb.