Lukaku qayıtdı
20.09.2022 - 16:23
“İnter”in hücumçusu Romelu Lukaku zədədən sonra sıraya dönüb.
Apasport.az saytının məlumatına görə, belçikalı forvard ilk məşqinə çıxıb.
Sol ayağından xəsarət alan Romelu 6 oyunu buraxmalı olub. 29 yaşlı futbolçunun A seriyasının “Roma” ilə görüşündə iştirakı gözlənilir. Bu matç oktyabrın 1-də keçiriləcək.
Qeyd edək ki, Lukaku mövsümün 3 oyununda bir qol vurub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0