"Mançester Siti"nin Kamavinqa arzusu
08.03.2025 - 15:51
"Mançester Siti"nin Kamavinqa arzusu

Uğursuz çıxışı davam edən "Mançester Siti" transfer işlərinə start verib.

Apasport.az xəbər verir ki, klub yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.

"Şəhərlilər" həmin mövqeyə "Real"ın futbolçusu Eduardo Kamavinqanı transfer etmək istəyir.

Keçiddə komandanın baş məşqçisi Xosep Qvardiola şəxsən maraqlıdır. O, gənc oyunçunun çıxışını bəyənir.

Qeyd edək ki, bu mövsüm Kamavinqa bütün turnirlərdə 24 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.