"Mançester Yunayted" "İnter"in ən yaxşı futbolçusunu almaq istəyir
03.03.2025 - 12:25
"Mançester Yunayted" "İnter"in ən yaxşı futbolçusunu almaq istəyir

"İnter"in əsas müdafiəçisi Federiko Dimarko İngiltərə çempionatında çıxış edə bilər.

Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.

Federiko Dimarko İngiltərə çempionatına keçə bilərmi?

“Mançester Yunayted” 27 yaşlı italiyalını heyətinə qatmaq istəyir. Dimarkonun transferi "qırmızı şeytanlar"ın yay transfer pəncərəsi üçün prioritet hədəfidir.

Dimarko "Real"ın təklifini rədd etdi

Bundan əlavə, "Real Madrid" də Dimarkoya maraq göstərmiş, lakin futbolçu "İnter"də qalmaq istəyini bildirmişdi. ​

Dimarkonun bu mövsümkü statistikası

İtaliya çempionatının cari mövsümündə Federiko 24 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib. Müdafiəçinin müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.