“Mançester Yunayted” “Mançester Siti”ni keçdi - yeni rekord
23.09.2022 - 23:11
“Mançester Yunayted” ötən mövsümün maliyyə göstəricilərini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu futbolçuların maaşlarına 384,2 milyon funt sterlinq xərcləyib.
Bu rəqəm bir il əvvəlki ilə müqayisədə 61,6 milyon çoxdur. Mançesterlilər bununla da Premyer Liqada yeni rekorda imza atıb.
Bunadək rekord “Mançester Siti”yə məxsus idi. “Şəhərlilər”in maaş xərcləri 355 milyon idi.
Qeyd edək ki, “qırmızı şeytanlar”ın xərclərinin artmasına Kriştiano Ronaldo, Ceydon Sanço və Rafael Varan kimi yüksək ödənişli oyunçulaırn keçidi səbəb olub.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0