“Mançester Yunayted”i “Sevilya”ya dəyişdi
03.08.2022 - 15:37
“Mançester Yunayted”in müdafiəçisi Aleks Telleş karyerasını İspaniyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, Braziliya millisinin cinah oyunçusu “Sevilya”nın formasını geyinəcək.
Çünki klublar arasında danışıqlar müsbət yekunlaşıb. “Qırmızı şeytanlar” qarşı tərəfin 1 illik icarəyə götürülməsi ilə bağlı müraciətini müsbət cavablandırıb. Artıq bu həftə keçid rəsmiləşəcək. “Sevilya”nın 29 yaşlı “sambaçı”nı birdəfəlik transfer etmək hüququ olmayacaq.
Qeyd edək ki, Aleks Telleş ötən mövsüm “Mançester Yunayted”in heyətində 26 oyunda 1 qol və 4 məhsuldar ötürmə verib.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0