2022-ci ildə milli çempionatların yüksək liqasında ən çox qol vuran futbolçular açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS-in tərtib etdiyi cədvələ Yau Annor başçılıq edir.
“Aşanti Qold”un futbolçusu Qana çempionatında 21 qol vurub. Boris Kopitoviç ondan bir top geri qalır. O, Sinqapurun “Tampine Rovers” klubunda fərqlənib.
Üç futbolçunun aktivində 19 top var. Argentinalı German Çano “Fluminense”də bombardirlik nümayiş etdirib. PSJ-nin ulduzu Kilian Mbappe eyni sayda qolla 4-cüdür. “Top-5”i Kodai Tanaka qapayır. O, Sinqapurun “Albireks Niqata” klubunda 19 qola imza atıb.
Qeyd edək ki, cədvələ ən azı 15 qol vuran 34 futbolçu daxil olub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI