"Real" üçün şok: Mbappe zədələnib
25.09.2024 - 10:55
"Real" üçün şok: Mbappe zədələnib

La Liqa təmsilçilərindən “Real Madrid” ciddi itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, “kral klubu”nun hücumçusu Kilian Mbappe zədələnib.

Fransız ulduz dünən İspaniya çempionatının 7-ci turu çərçivəsində baş tutan "Real" - "Alaves" matçının ilk hissəsində zədələnərək meydandan çıxıb.

40-cı dəqiqədə yerini Cud Bellingemə verən Kilianın son durumu tibbi müayinədən sonra bilinəcək.

Onun növbəti tur “Atletiko” ilə matçda iştirakı sual altındadır.

0