Fransa millisinin kapitanı Kilian Mbappe komandanın fiziki hazırlıq məşqçisi Siril Muan barədə zarafat edib.
Apasport.az xəbər verir ki, 27 yaşlı hücumçu dünya çempionatı öncəsi məşqlərin ağır keçdiyini bildirib.
Mbappe Muanın futbolçuları xeyli qaçırdığını deyib:
“Əclaf bizi orada xeyli qaçırtdı. Amma dünya çempionatına hazır olacağıq”.
Fransa mətbuatının yazdığına görə, yığmanın Klervontendəki hazırlıq prosesində əsas diqqət fiziki formanın bərpasına yönəlib.
Futbolçular Siril Muanın rəhbərliyi altında intensiv qaçış və dözümlülük məşqləri keçiblər.
“L’Équipe” Mbappenin toplanışda həm fiziki, həm də psixoloji cəhətdən yaxşı durumda olduğunu yazıb.
Didye Deşam da onun “fiziki və psixoloji cəhətdən əla formada” olduğunu bildirib.
Qeyd edək ki, Fransa millisi DÇ-2026-da I qrupunda Seneqal, İraq və Norveçlə mübarizə aparacaq. Komanda ilk oyununu iyunun 16-da Seneqala qarşı keçirəcək.