Mərc oynayan məşqçiyə cəza – 5 illik diskvalifikasiya
26.07.2022 - 17:40
Rusiyalı futbol məşqçisi Eduard Uçurov cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Rusiya Futbol İttifaqının Etika komitəsi verib.
42 yaşlı mütəxəssis futbol oyunlarına pul qoyuluşları etdiyi üçün cəza alıb. O, 5 il müddətinə futbolla bağlı istənilən fəaliyyətdən uzaqlaşdırılıb.
Uçurov indiyədək 400 min rubldan (11 min 640 manat) artıq məbləğdə mərc edib. “Volqar”ın məşqçisi kimi tanınan çalışdırıcının son iş yeri idman direktoru olduğu “Metallurq Vidnoye” idi.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0