Məşhur futbolçudan aslanla qorxulu fotosessiya
28.09.2022 - 18:14
Yunanıstan millisinin sabiq müdafiəçisi Kostas Manolas Birləşmiş Ərəb Əmirliklərinin “Şardja” ilə müqavilə imzalayıb.
Apasport.az saytının məlumatına görə, imzalanma mərasiminin ardından yeni transferin imzalanma mərasimi qeyri-adi alınıb.
BƏƏ klubu “Olimpiakos”dan transfer edilən 31 yaşlı oyunçunun fotosessiyasını canlı aslanla yanaşı etmək istəyib. Şəkil çəkilən anda aslanın nərildəməsindən qorxan Manolas cəld ayağa qalxaraq lentə alınmış ərazini tərk edib.
Qeyd edək ki, “Roma” və “Napoli”də çıxış etmiş Kostas Manolas “Şardja” ilə 2 illik müqavilə imzalayıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
0
0