Messi kubok sayında Alveşə yaxınlaşdı
01.08.2022 - 11:03
Lionel Messi karyerasında 41-ci kuboku qazanıb.
Apasport.az saytının məlumatına görə, argentinalı superulduzun komandası PSJ Fransa Superkubokunun qalibi olub.
Paris təmsilçisinin “Nant” üzərində 4:0 hesabı ilə qalib gəldiyi həlledici görüşdə 35 yaşlı hücumçu 1 qola imza atıb. İndi Leo yalnız sabiq komanda yoldaşı Dani Alveşdən geri qalır. Bu yay “Barselona”dan “Pumas”a keçən braziliyalı müdafiəçi karyerasında 46 titulla rekordçudur.
Qeyd edək ki, PSJ-yə ötən il “Barselona”dan keçən Lionel Messi Paris klubu ilə Fransa çempionu da olub.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0