"Milan"ın futbolçusuna ittiham
16.11.2023 - 13:49
"Milan"ın müdafiəçisi Alessandro Florenzi qeyri-qanuni mərc oynaması ittihamı ilə istintaqa cəlb olunub.
Apasport.az xəbər verir ki, bir neçə həftə əvvəl Sandro Tonali və Nikolo Fagiolinin diskvalifikasiya edilməsinin ardından "Milan" üzvü barəsində də eyni ittiham irəli sürülüb.
Müdafiəçisinin də günahkar olduğu sübuta yetirilərsə, digərləri kimi o da futboldan uzaqlaşdırılacaq.
Qeyd edək ki, 32 yaşlı futbolçunun "Milan"la müqaviləsi 2025-ci ilə qədər nəzərdə tutulub. O, İtaliya millisində 49 oyun keçirib.
- Acun Ilıcalıdan iddialı sözlər – “Las-Veqası onların ayağına gətirəcəyəm”
- “Liverpul”da nəhəng müqavilə: ”TURKİSH AİRLİNES”
- İlin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
0
0